İdman həftəsinə start verildi.
“5 mart – Bədən Tərbiyəsi və İdman Günü” ərəfəsində 28 fevral – 4 mart 2022-ci il tarixində məktəbdə idman həftəsinin keçirilməsinə start verilib.
İdman həftəsinin keçirilməsində əsas məqsəd şagirdlərin sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onların idamana olan marağının artırılması, sağlam həyat tərzinin təbliğindən ibarət olub.
Fevralın 28-də məktəbin fiziki tərbiyə müəllimlərinin təşkilatçılığı ilə II – IV siniflərdə səhər gimnastikası keçirilib. Şagirdlər müəllimlərin göstərdiyi idman hərəkətlərini böyük həvəslə yerinə yetiriblər.