Tarixi abidələrimiz

Aprel ayının 6- da məktəbin bir qrup müəllim və şagirdi Qala arxeoloji etnoqrafik muzüy kompleksinə ekskursiyaya getmişlər. Burada şagirdlər eksponatlarla yaxından tanış olmuş, Qalanın tarixi əhəmiyyəti barədə yeni biliklərə yiyələnmişlər. Qədim nalbəldlik sənəti, xalçaçılığın və dulusçuluğun sirləri barədə məlumat almaqla yanaşı, şagirdlər özlərini xalça toxumaqda, saxsı qabların və nalın düzəldilməsində də sınayıblar. Qədim yaşayış məskənləri, kurqan və sərdabələr, arxeoloji qazıntılar zamanı tapılmış əşyalar, insan sümükləri şagirdlərin marağına səbəb olmuşdur. Şagirdlər qoruğda saxlanılan at, qoyun, uzunqulaq və dəvənin qədimdə hansı məqsədlər üçün istifadə edilməsi, onların necə saxlanması barədə məlumat almış, özləri bu heyvanların yemlənməsində iştirak etmişlər. Muzeyə səyahət şagirdlərdə milli mədəni abidələrimiz barədə bilikləri genişləndirmiş, tariximizə marağı artırmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi