Klassik ədəbiyyatımızı oxuyaq,öyrənək və sevək

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.12.2014 cü il tarixli 1279 №-li əmrinə əsasən məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşməsi və onlarda mütaliə mədəniyyətinin formalaşması ilə bağlı məktəbimizin VIII sinif şagirdləri arasında ”Klassik ədəbiyyatımızı oxuyaq,öyrənək və sevək” devizi altında 03.04.2015 tarixində Nəsimi yaradıcılığına həsr edilmiş ədəbi-bədii gecə keçirildi. Gecənin təşgilatçıları məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimləri Zeynalova Elnarə və Rüstəmova İlahə idi. İlk öncə tədbirdə VIII sinif şagirdlərinin hesabatı dinlənildi.Bu günə qədər öyrəndikləri Azərbaycan və dünya ədəbiyyatı nümunələri haqqında qısa məlumat verdilər. VIIIB sinif şagirdi Məmmədov Şəmsi Nəsiminin həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. Şagirdlər tərəfindən şairin müxtəlif qəzəlləri ifa edildi. “Sigmazam” qəzəli musiqili variantda təqdim edildi,qəzəlin izahı Süleymanova Səkinəxanım tərəfindən açıqlandı.”Hardasan”qəzəli muğam üzərində ifa edildi. “Sufizm, hürufilik və Nəsimi yaradıcılığı” mövzusunda VIIIB sinif şagirdi Məmmədova Aytac məruzə etdi. Nəsiminin qəbrinin dağıdılması, Suriya dövləti,Hələb şəhərində gedən müharibə, ictimai- siyasi vəziyyət haqqında məlumat verildi, video çarx nümaiş etdirildi. Sonda öz ürək sözlərini bildirmək üçün söz məktəbin direktoru Vaqif Babayevə verildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi