Xocalıya ədalət!
22 fevral 2022-ci il tarixində məktəbin foyesində kitabxana müdiri Ülviyyə Fərəcova, kitabxanaçı Rayihə Yusubovanın təşkilatçılığı və 3b sinif şagirdlərinin iştirakı ilə Xocalı soyqırımının otuzuncu ildönümünə həsr olunmuş "Xocalıya ədalət!" adlı tədbir təşkil olunmuşdur.
Tədbirdə şagirdlərin təqdimatında Xocalı faciəsinə həsr olunmuş şeirlər və məlumatlar təqdim olundu, Xocalı faciəsini əks etdirən kitab sərgisi, şagirdlərin rəsm işlərindən ibarət sərgi, foto və divar qəzetləri nümayiş etdirildi.
Xocalı soyqırımı Azərbaycan tarixinə deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəldilmiş ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur.
Allah şəhidlərimizə rəhmət etsin!