Ana dilimizi sevək və qoruyaq

21 fevral 2022-ci il tarixində məktəbdə Beynəlxalq Ana Dili Günü ilə əlaqədar   “Ana dilimizi sevək və qoruyaq” adlı tədbir keçirilib.

Məktəbin pedaqoji kollektivi və şagirdlərin iştirak etdiyi tədbirdə Beynəlxalq Ana Dili Gününün tarixindən danışılıb, özünəməxsusluğu ilə seçilən Azərbaycan dilinin keçdiyi inkişaf yoluna nəzər yetirildi.

Şagirdlər ana dilimizə həsr edilən şeirlər, müdrik kəlamlar, mahnılar, ədəbi-bədii kompozisiyalar və Azərbaycan dilinin inkişafına həsr olunmuş videoçarxlar nümayiş etdirildi.

Qeyd edək ki, 21 fevralın Beynəlxalq Ana Dili günü kimi qeyd edilməsinin əsas məqsədi Azərbaycan dilinin tarixi mərhələləri, rəngarəngliyi və bu dildə yaranmış əsərlər barədə şagirdlərin məlumatını artırmaq, ana dilimizi gələcək nəsillərə ötümək üçün onlarda doğma dilimizə sevgi və hörmət hissini daha da artırmaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi