“ Müstəqilliyimiz əbədidir”

Azərbaycan Müstəqillik Günü Azərbaycan tarixinin ən mühüm günlərindən biridir. 17 oktyabrda məktəbimizin akt zalında “ Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirildi. Tədbirdə məktəbin direktoru, müəllimlər, şagirdlər və valideynlər iştirak etdi.Milli Müstəqillik Gününə həsr olunmuş slaydlara tamaşa etdikdən sonra tədbiri məktəb şagirdlərinin hazırladıqları ədəbi-bədii kompazisiya davam etdirdi. Şagirdlər Vətənə, Azərbaycana həsr olunmuş şeirlər dedi, mahnılar söylədi. Onların ifasında bir neçə rəqs nömrəsi izlənildi. Azərbaycan əsgərinə həsr olunmuş mahnı isə xüsusilə alqışlandı.Tədbirin sonunda məktəbin direktoru V.Babayev çıxış edərək 1991-ci il oktyabrın 18-də qəbul edilmiş Dövlət Müstəqilliyi haqqında konstitusiya Aktının respublikamız üçün əhəmiyyətindən danışdı, ulu öndər H. Əliyevin hakimiyyətə gəlməsindən sonra bu müstəqilliyin daha da möhkəmləndiyini xüsusilə vurğuladı. V. Babayev “Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini məhz H. Əliyevin əvəzolunmaz xidmətləri sayəsində əldə edib, onun uğurlu davamçısı prezident İ. Əliyev tərəfindən bu gün də davam etdirilir,” sözləri ilə çıxışını bitirdi. V. Babayev şagirdlərə bu müstəqil respublikada yaşadıqları üçün fəxr etmələrini tövsiyə etdi.Tədbir “ Müstəqilliyimiz əbədidir” şüarı ilə başa çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi