Kitab bizim sərvətimizdir.

"Təhsil bir xəzinədirsə, əmək onun açarıdır".
Kitab bizim daim bilik mənbəyimiz olmuşdur. Onunla dərs oxunur və onu Yer kürəsinin bütün xalqları qoruyurlar.
Kitab sənə peşə seçimində yardımcı olar. Kitablara qayğı və məhəbbətlə münasibət bəsləmək lazımdır.
Məktəblilərdə kitaba qarşı sevginin artırılması və düzgün istifadə edilməsi məqsədilə məktəbin Texnologiya fənn müəllimi Təhminə Əliyeva şagirdlərlə birlikdə zədələnmiş kitabları toplayaraq, çərçivədən ayrılmış səhifələri, zədələnmiş səhifələri apışqanla yenidən bərpa etdilər. 
Sonda məktəblilərə kitab oxuyarkən küncləri əyməməyi, nişanları istifadə etməyi unutmamaları və zədələnmiş bir kitabı necə bərpa edə biləcəklərinə dair maraqlı bir video təqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi