Məktəb kollektivi Şəhidlər Xiyabanını ziyarət etdi
18 yanvar 2022-ci il tarixində məktəb kollektivi 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət etdilər.
20 Yanvar Azərbaycan tarixinin faciəli günlərindən biri eyni zamanda xalqımızın azadlıq istəyinin, müstəqilliyinin bərpası uğrunda mübarizəsinin qəhrəmanlıq səhifəsidir. 20 Yanvar faciəsi bu günkü vahidliyimizin, birliyimizin başlanğıc nöqtəsi oldu. Tam 32 il əvvəlki bu qanlı gecə ilə bizim Vətənpərvər övladlarımız istilaya, işğala , haqsızlığa öz haqlı səsini yüksəltdi və canları qanları bahasına Azad Müstəqil Azərbaycan oldular.
Allah şəhidlərimizə rəhmət etsin!