20 Yanvar - tarixin izi ilə
18 yanvar 2022-ci il tarixində məktəbin akt zalında məktəbin musiqi müəllimi Şəlalə İsmayılovanın təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunan "20 Yanvar - tarixin izi ilə" adlı tədbir keçirildi.
Tədbirdə məktəbin direktoru Həcər Mahmudova, tərbiyə işləri üzrə direktor müavini Turanə İbrahimova, UBTR Turanə Şıxıyeva, məktəbin psixoloqu Nuriyyə Məmmədova iştirak etdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıldı və şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi.
Aparıcılar 20 Yanvar faciəsinin hansı tarixi şəraitdə baş verdiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Daha sonra tədbir şagirdlərin hazırladıqları şeir, mahnı və kompozisiyaları ilə davam etdi.
Sonda məktəbin direktoru Həcər xanım çıxış edərək Azərbaycan xalqının heç vaxt öz şəhidlərini unutmayacağını, onların əziz xatirələrinin bizlərin qəlbində əbədi yaşayacağını və onlara bir ömür borclu olduğumuzu qeyd etdi. Azərbaycanın qalib xalq olduğunu bütün dünyaya sübut etdiyini və düşmən üzərində tarixi zəfər çaldığını, məğrur ölkənin məğrur vətəndaşları olduğumuzu vurğuladı.