Risk qrupunun müəyyənləşməsi
7 yanvar 2022-ci il tarıxındə Məktəbin psixoloqu Nuriyyə Məmmədova "Risk qrupu"na daxilolma ehtimalı olan şagirdlərlə anonim sorğu təşkil etmişdir. Sorğunun keçirilməsində məqsəd şagirlərin fərdi psixoloji xüsusiyyətlərini aşkara çıxarmaq, onların özləri haqqında mənfi və müsbət fikirlərini öyrənmək idi. Sorğu zamanı şagirdlərin tam sərbəst olması üçün obyektiv şərəit yaradıldı.
Son zamanlar şagirdlər arasında aqressivlik, özünə qapanma, intihar halları, bullinq kimi problemlər geniş yayılmaqdadır. Bu problemlərin, eyni zamanda risk qrupuna aid olan şagirdlərin vaxtında aşkar edilməsi, profilaktik tədbirlərin görülməsi, ümumən məktəbdə sağlam psixoloji mühitin formalaşdırılması çox önəmlidir.