Peşə seçimi ilə bağlı profilaktik iş
5 yanvar 2022-ci il tarixində peşəyönümü koordinatoru Turanə İbrahimova vəməktəbin psixoloqu Nuriyyə Məmmədova tərəfindən IX A sinfində peşə marağının və qabiliyyətinin öyrənilməsi məqsədi ilə şagirdlərlə profilaktik iş aparıldı. Şagirdlər onlara təqdim olunan suallara cavab verdilər, seçdikləri peşələrin nə üçün onlara maraqlı olduğundan danışdılar.
Sonda şagirdlərə peşə seçimi ilə əlaqədar müxtəlif məsləhətlər verildi, yüksək səviyyəli mütəxəssis olmaq üçün düzgün ixtisas seçməli, nəzəri və praktik biliklər əldə etməli, daim öz üzərlərində işləməli və yeniliklərə açıq olmaları bildirildi.