Asudə vaxtın səmərəli təşkili

27 dekabr 2021-ci il tarixində məktəbin psixoloqu Nuriyyə Məmmədova və tərbiyə işləri üzrə direktor müavini Turana İbrahimovanın təşkilatçılığı ilə IX sinif şagirdlərilə “Asudə vaxtının səmərəli təşkili” adlı maarifləndirici seminar keçirilib.

Şagirdlərin asudə vaxtlarının səmərəli təşkili, düşünülməsi olduqca vacib olan məqamlardan biridir. Çünki sağlam gəncliyin təməli düzgün təşkil olunmuş asudə vaxt ilə qoyulur. Asudə vaxtın səmərəli təşkili istər fiziki, istərsə də psixi sağlamlığı baxımından böyük əhəmiyyət kəsb edir. Məhz bu baxımdan şagirdlərin asudə vaxtını necə keçirməsi barədə qarşılıqlı müzakirələr edildi, şagirlərə tövsiyələr verildi.

Asudə vaxtının doğru təşkil etmədikdə yaranan streslə bağlı məlumat verildi və streslə mübarizə aparmaqları üçün bir neçə texnikalar barədə məlumat verildi və eyni zamanda  birlikdə nəfəs texnikaları edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi