Zərərli vərdişlərdən uzaq duraq - narkomaniyaya yox deyək!
24 dekabr 2021-ci il tarixində məktəbin psixoloqu Nuriyyə Məmmədova IX sinif şagirdləri ilə “Zərərli vərdişlərdən uzaq duraq - narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirib.
Tədbirdə Nuriyyə Məmmədova şagirdlərə narkomaniyanın törətdiyi fəsadlar barədə geniş və ətraflı məlumat verdi. Narkomaniyaya qarşı mübarizə üsulları, zərərli vərdişlərin insan orqanizminə vurduğu zərərdən, acı fəsadlarından, hüquqa zidd əməllərdən qorunma yollarından profilaktik söhbətlər edildi. Tədbirdə həmçinin narkomaniya ilə bağlı təbliğat xarakterli “Narkomaniya-bəşəriyyətin bəlası” adlı videoçarx nümayiş olundu, şagirdləri maraqlandıran suallar cavablandırıldı.