BŞTİ tərəfindən keçirilmiş monitorinqin nəticələrinin təhlili
18 dekabr 2021-ci il tarixində BŞTİ tərəfindən 9-cu siniflər üzrə xarici dil fənnindən mentor təyin edilmiş 14 saylı məktəbin müəllimi Məmmədova Mətanət və 211 saylı məktəbin müəllimi Əliyeva Sevinc tərəfindən 211, 14, 159, 54, 240, 111, 19, 247, 266 saylı məktəblərdə dərs deyən xarici dil müəllimləri ilə distant iclas təşkil edilmişdir. İclsada 10 dekabrda BŞTİ tərəfindən kecirilmiş monitorinqin nəticələri təhlil edilmişdir, müəyyən suallara aydınlıq gətirilmişdir və şagirdlərin cətinlik cəkdiyi mövzular müzakirə olunmuşdur. Müəllimlər öz metodikalarını da təqdim etmişdilər. İclasın sonunda növbəti monitorinqin 7-8 –ci siniflər üzrə keçiriləcəyi və imtahanın bir mərhələli olacağı haqqında müəllimlərə məlumat verilmişdir.