“Heydər Əliyev və Zəfər tariximiz” adlı bilik yarışı

“Gənclər, tələbələr mənim sizə əmanətimdir”

                    Ulu Öndər Heydər Əliyev

 

Məktəbimizin 8-ci sinifləri arasında   xalqımızın ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev və Zəfər tariximiz” adlı bilik yarışı keçirildi. Yarışın əvvəllində Azərbaycan Respublikasının dövlət himni səsləndi və ümumilli liderimiz Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Yarışda hər sinif öz komandasını yaratmışdı. Yarış bir neçə mərhələdən ibarət idi.

Birinci mərhələdə mədəniyyət tarixi və Heydər Əliyevin irsi barədə düşündürücü suallar tərtib olunmuşdu.

Növbəti mərhələdə suallar daha da qəlizləşdirilmiş formada şagirdlərə təqdim edildi. Suallar arasında "Zəfər tarixi" nə aid suallara daha çox yer verilmişdi.  

Yarışın sonunda turlar üzrə qazanılmış ümumi xallar əsasında qalib komandalar müəyyən edildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi