Həyatı seç

1 dekabr Ümumdünya QiÇS-lə Mübarizə günüdür.

1 dekabr 2021-ci il tarixində məktəbin tərbiyə işləri üzrə direktor müavini Turanə İbrahimovanın təşkilatçılığı ilə şagirdlərin maarifləndirilməsi və QİÇS-ə qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə VIII- X sinif şagirdləri arasında 1 Dekabr “Ümumdünya QİÇS-lə Mübarizə Günü”nə həsr olunmuş “Həyatı seç” adlı tədbir keçirildi. Tədbirdə məktəbin tibb bacısı Rəsmiyyə Mustafayeva QİÇS-ə yoluxma yolları, onun simptomları və QİÇS-dən qorunma yolları barədə şagirdlərə geniş məlumat verdi.
 Daha sonra mövzu ətrafında müzakirələr aparıldı, şagirdləri maraqlandıran suallara cavab verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi