Aşıq Ələsgərin 200 illiyi
28 noyabr 2021-ci il tarixində 5C sinfində məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi İlahə Abbasova tərəfindən Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə məktəbin tərbiyə işləri üzrə direktor müavini Turanə İbrahimova da iştirak edib.
Tədbirin keçirilməsində məqsəd Azərbaycan xalqının yüzillər boyu yaratdığı şifahi xalq ədəbiyyatı, onun tarixi, mədəniyyəti, həyat tərzi, adət-ənənnələri haqqında zəngin məlumatlarla şagirdləri məlumatlandırmaqdan ibarət olub. Giriş sözü ilə müəllim Azərbaycan aşıq yaradıcılığının ustad sənətkarı olan Aşıq Ələsgərin həyat və yaradıcılığı ilə tanış edib. Sonra şagirdlər onun yaradıcılığına həsr olunmuş şeirlər söyləyiblər.