Peşəyönümü ilə bağlı maarifləndirici söhbət
23 noyabr tarixində Tərbiyə işləri üzrə direktor müavini Turanə İbrahimova, psixoloq Nuriyyə 9-cu sinif şagirdləri arasında Peşəyönümü ilə bağlı maarifləndirici söhbətlər apardılar. Tərbiyə işləri üzrə direktor müavini Turanə İbrahimova peşə seçiminin insan həyatı üçün necə önəmli rol oynadığını, düzgün seçilməyən peşənin insanın gələcək həyatı üçün maddi və mənəvi çətinliklər yaradacağını və bu işdə öz maraq, meyil və qabiliyyətlərinin nəzərə alınmasının vacibliyini şagirdlərin diqqətinə çatdırdılar. Daha sonra bu mövzuda şagirdlər "Mən harada daha çox fayda verə bilərəm?" sualı ətrafında fikirlərini bildirdilər və seçəcəkləri peşəni nəyə əsasən - hansı istedad və bacarıqlarını nəzərə alaraq seçdiklərini əsaslandırdılar.