Şagirdlərin peşə seçimi
Məktəbimizdə VIII- IX-X sinif şagirdləri arasında "Hollandın peşə seçim inventarı” adlı anket-sorğu keçirildi. Məktəbin psixoloqu Nuriyyə Məmmədova mövzunun aktuallığı ilə bağlı şagirdlərə ətraflı məlumat verdi. Psixoloq qeyd etdi ki, hər bir insan öz meyil və maraqlarına, zehni qabiliyyətlərinə, xarakterik xüsusiyyətlərinə uyğun peşə seçərsə, bu peşədə daha çox müvəffəqiyyət əldə edə bilər və uğurlu karyeranın təməlini qoyar.
Daha sonra şagirdlərlə müzakirələr aparıldı. Müzakirələr zamanı şagirdlərin peşə seçimi ilə bağlı fikirləri dinlənildi, onlara müvafiq tövsiyələr verildi.