Yol hərəkəti təhlükəsizliyi

Azərbaycan Milli Avtomobil Klubu (AMAK) Beynəlxalq Avtomobil Federasiyası (FİA) və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə 10-12 yaşlı uşaqlar arasında Avropa Yol Hərəkəti Təhlükəsizliyi üzrə onlayn maarifləndirmə təlimi keçirilib. Təlimin keçirilməsində  məqsəd məktəblilərin yol hərəkəti təhlükəsizliyi, velosipeddən istifadə və yol mədəniyyəti barədə biliklərini artırmaq və onların yeni bilikləri əyləncəli şəkildə öyrənməsini təmin etməkdir.

Təlim zamanı məktəblilər təqdim olunan viktorinanın suallarını cavablandırıb, velosipedin idarə olunması ilə bağlı labirint, səhvləri tapma kimi oyunlar oynayıblar. Uşaqlar əvvəlcədən onlara verilən materiallardan istifadə edərək çantalarına taxmaq üçün qaranlıqda daha yaxşı görünmələrini təmin edən işıq əksetdirici asılqanlar düzəldiblər. Oyunlar bitdikdən sonra iştirakçıların sualları cavablandırılıb, maraqlı suallar müzakirə olunub.

Sonda uşaqların hər birinə iştirakçı sertifikatı veriləcəyi elan edilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi