Heydər Əliyev irsinin öyrənilməsi

12.11.2021-ci il tarixdə Bakı şəhəri Akif Abdullayev adına 211 nömrəli tam orta məktəbdə XI sinif şagirdlərinin iştirakı ilə  “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda tədbir keçirildi. 

Tədbirdə eyni zamanda Nəsimi rayonu üzrə məktəb direktorları, müəllimlər də iştirak etdilər.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə məktəbin direktoru Həcər xanım Mahmudova giriş sözü ilə çıxış edərək ulu öndər Heydər Əliyevin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsinin əhəmiyyətindən bəhs etdi.

Daha sonra Mənsur Vəliyev  çıxış edərək müstəqil Azərbaycanın dövlət  quruculuğu sahəsində ulu öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti, bu yolda qarşıya  çıxan maneə və çətinliklərin dəf olunması, ölkədə siyasi sabitliyin və iqtisadi  dirçəlişin yaranması, Azərbaycanın  beynəlxalq  aləmdə nüfuzunun artması, həyata  keçirilən  sosial-iqtisadi  layihələr, qazanılan uğurlar  barədə  şagirdlərə ətraflı məlumatlar verdi.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi