12 noyabr - Konstitusiya günü
12 noyabr ölkəmizdə konstitusiya günü kimi qeyd olunur. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi. Azərbaycanın Konstitusiya quruluşunun tarixi isə SSRİ dövrünə təsadüf edir. Belə ki, Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunmuşdur. Azərbaycan SSRİ Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilmişdir. Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmışdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxmışdır. Bunun üçün prezident Heydər Əliyev rəhbərliyi ilə xüsusi komissiya yaradılmış, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarılmışdır. 1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunmuşdur. Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya 5 bölmə, 12 fəsil və 158 maddədən ibarətdir.
Məktəbin tarix fənn müəllimi Yaşar Quliyevin rəhbərliyi ilə 9E sinifində "12 noyabr- Konstitusiya günü"nə həsr olunmuş nümunəvi dərs keçirildi.
Dərsdə Yaşar müəllim Azərbaycan Respublikasının Konstitusiyasının keçdiyi tarixi yola nəzər salaraq şagirdlərə konstitusiya barədə ətraflı məlumat vermiş, hüquqi, dünyəvi və demokratik dövlət quruculuğu baxımından əhəmiyyətini qeyd etmiş, Ulu Öndərimizin hakimiyyəti dövründən bu günə kimi Konstitusiyamıza edilən dəyişikliklər və əlavələr haqqında danışmışdır.Daha sonra şagirdlərin konstitusiya ilə bağlı suallarına ətraflı cavab vermişdir.
Şagirdlər Müstəqil Azərbaycanın Konstitusiyası haqqında daha ətraflı məlumatlar əldə etdilər.