İşğaldan azad olmuş bölgələrin coğrafiyası, mədəni abidələri haqqında

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.11.2020-ci il tarixli F-512 nömrəli əmri ilə təsdiq olunmuş "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Fəaliyyət planına uyğun olaraq coğrafiya müəllimi Sarıxanlı Yeganənin 6c sinfində Qarabağ və işğaldan azad olmuş digər bölgələrin coğrafiyası, mədəni abidələri,dini ibadətgahları haqqında geniş məlumat verərək şagirdlərlə fikir mübadiləsi apardı.

Qarabağ və ona bitişik ərazilərdə ölkəmizin milli və mədəni sərvəti olan meşələr, qoruqlar, qiymətli endemik bitki növləri haqqında məlumat verdi. Erməni təcavüzünün minlərlə insan həyatına və arzularına son qoymaqla bərabər, gözəl təbiət incilərini də məhv edərək, bununla yalnız vətənimizə yox, həm də bütün dünyaya əvəzi ödənilə bilməyən zərər vurduğu şagirdlərin diqqətinə çatdırıldı.

Yalnız zəfərimiz sayəsində, biz bu gün Qarabağa qayıtmışıq və Azərbaycanın özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik olan qədim Qarabağ bölgəsinin bərpası və sürətli inkişafının təmin edilməsi üçün prezidentimizin Qarabağın dirçəlişinə aid sərəncamları və yeni quruculuq işlərini şagirdlərin nəzərinə çatdırılıb.

Şagirdlər tarixi memarlıq abidələri,ibadətgahlar,tarixi dini abidələr barədə dolğun fikirlər söyləyərək,hazırladıqları slaydları,videoçarxları nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi