BULLİNQİ DAYANDIR! MAARİFLƏNDİRİCİ TƏDBİR
“Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai Birliyi və Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Bullinqi DAYANDIR! ” layihəsi keçirilir.
Layihənin əsas məqsədi, bullinqə məruz qalmış gəncləri aşkar etmək və bullinqin fəsadları haqqında gəncləri, onların ailələrini və müəllim heyətini maarifləndirməkdir.
Layihənin dördüncü seminarı 01.11.2021-ci il tarixdə Nəsimi rayonu Akif Abdullayev adına 211 saylı tam orta məktəbdə keçirilmişdir.
Seminarı açılış nitqi ilə birliyin sədri Tünzalə Cavadova açıq elan etmişdir. Həmçinin tədbirdə Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev, məktəbin direktoru Həcər Mahmudova, tərbiyə işləri üzrə direktor müavini Turanə İbrahimova və müəllim heyəti və şagirdlər də iştirak etmişdilər. Çıxış edən natiqlər seminarın mövzusunun indiki dövr üçün çox aktual olduğunu və böyük əhəmiyyət kəsb etdiyini, bullinqin mahiyyəti və onun zərələri, ondan necə qorunmaq və ona qarşı necə mübarizə aparmağın yollarını izah etmişlər. Gənclərin çox böyük marağına səbəb olan seminar uğurla yekunlamışdır.