FƏNN OLİMPİADASININ MƏKTƏB TURU KEÇİRİLDİ

30.10.2021-ci il tarixində məktəbdə Azərbaycan dili və ədəbiyyat, Tarix, Coğrafiya, Riyaziyyat, Fizika, Kimya, Biologiya, İnformatika fənləri üzrə olimpiada təşkil olundu. Fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və olimpiadalara hazırlıq mərkəzlərinə cəlb olunacaq şagirdlərin müəyyən edilməsindən ibarətdir.
Olimpiyadada VIII - XI sinif şagirdləri iştirak etdilər. Bu mərhələdə uğur qazanacaq şagirdlər növbəti mərhələyə vəsiqə qazanacaqlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi