Riyaziyyat bütün elmlərin açarıdır

2021-2022-ci dərs ilinin "Fəaliyyət Planı"na əsasən Riyaziyyat fənninin aylığı çərçivəsində məktəbin riyaziyyat müəllimi Rəbiyyə Şükürovanın 7" A" sinfində "Rasional Ədədlərdə Əməllər Ardıcılığı" mövzusunda nümunəvi dərsi keçirildi. Nümunəvi dərsdə məktəb rəhbərliyi və fənn müəllimləri iştirak etdilər.
   Tədris prosesi zamanı müasir texnologiyalardan istifadə olundu. Şagirdlər təlimdə fəallıq göstərdilər. Dərsin məqsədi fənnin tədrisi vəziyyətinin yaxşılaşdırılması və şagirdlərin təlimə marağının artırılması idi. Şagirdlər təlim prosesində real həyatda inkişaf etdirib tətbiq edə biləcəkləri yeni bilik, bacarıq və vərdişlər əldə etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi