Müstəqil Azərbaycan
Məktəbin 4 "B" sinif şagirdləri rəhbərləri Xalidə Hüseynovanın təşkilatçılığında "Müstəqil Azərbaycan" adlı sinif təşkilat saatı keçirdilər. Sinif təşkilat saatında şagirdlər müstəqilliyimizə həsr olunmuş Esse yazıb, şeirlər söylədilər. Sonda şagirdlər dövlət otributlarından, Esse və şeirlərdən istifadə edərək divar qəzeti hazırladılar. Sinif təşkilat saatını keçirməkdə məqsəd Azərbaycanın işıqlı gələcəyi naminə şagirdlərin layiqli vətəndaş kimi tərbiyə olunmaları, vətənpərvərlik ruhunda böyümələri üçün zəmin yaratmaq idi.