Baku International Book Fair 2021

Dahi Azərbaycan şairi və mütəfəkkiri  Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinin 09.03.2021-ci il tarixli F-74 nömrəli əmri ilə təsdiq olunmuş “Tədbirlər planı”na və məktəbin “Fəaliyyət Planına” əsasən 7 "A" sinif şagirdləri 10 oktyabr tarixində Bakı Ekspo Mərkəzində baş tutan "Baku International Book Fair 2021" 7-ci Bakı Beynəlxalq Kitab Sərgisini ziyarət etdilər. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfinndən təşkil olunan sərgi-yarmarkada şagirdlər və həmin sinfin sinif rəhbəri və ingilis dili müəlliməsi Gülnar Cəfərzadə 50-dən çox yerli və xarici nəşriyyatların təqdim etdiyi müxtəlif ölkələrə məxsus kitab, qəzet və jurnallarla tanış oldular.
Sərgini ziyarət etməyin məqsədi məktəblilərdə mütaliəyə marağın artırılması və təhsil müəssisəsinin məktəbdənkənar iş fəaliyyətinin əsas istiqamətlərindən biri olan mədəni-kütləvi tədbirlərdə iştirakını və  şagirdlərin asudə vaxtlarının daha səmərəli keçirməsini təmin etməkdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi