“Son zəng” tədbiri keçirildi.
14 iyun 2016-cı il tarixində Azərbaycan Respublikasının Təhsil Nazirinin əmrinə uyğun olaraq respublikamızın hər yerində olduğu kimi bizim məktəbimizdə də “Son zəng” tədbiri təntənəli şəkildə keçirilmişdir.Tədbiri giriş sözü ilə məktəbin direkteru Vaqif Babayev açaraq məzunları təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.Tədbirdə Azad həmkarlar İttifaqı Nəsimi rayon komitəsinin sədri Fazil Sadıqov, Nəsimi Rayon İcra Hakimiyyətinin məsul işçisi Elvin müəllim, İqtisad Universitetinin müəllimi, iqtisad elmləri doktoru,professor Həsən Kərimov və başqa qonaqlar iştirak edərək məzunları təbrik etdilər. Sonda tədbir məzunların hazırladıqları ədəbi-bədii kompozisiyalarla yekunlaşdı.