31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ

Azərbaycan xalqı 1918-ci ilin mart-aprel aylarında dinc əhalinin qanlı soyqırım hadisələrini heç vaxt unutmayacaq.Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanı ilə mart soyqırımına ilk dəfə hüquqi - siyasi qiymət verildi,beynalxaq ictimaiyyətin diqqəti bu antihumanist, ümumbəşəri cinayətə cəlb olundu. Həmin fərmanla 31 mart azərbaycanlıların soyqırım günü elan olunmuşdur.Hər il olduğu kimi bu il də məktəbimizdə 31 mart azərbaycanlıların soyqırımı ilə bağlı yuxarı sinif şagirdləri və müəllimlərin iştirakı ilə dəyrimi masa keçirildi. Dəyrimi masa zamanı məktəbin direktoru Vaqif Babayev bu tarixi günlə bağlı geniş məlumat verdi. Tarix müəllimləri mövzu ilə bağlı fikir mübadiləsi apardılar. Ermənilərin əsrlər boyu azərbaycanlılara qarşı törətdiyi dəhşətli soyqırımla bağlı hazırlanmış video sujet və fotoşəkillər izlənildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi