Məktəbəhazırlıq qruplarında məşğələlər başladı
Oktyabrın 1-də dövlət məktəbdə yaradılmış məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib.
2021-2022-ci tədris ilində məktəb üzrə 6 məktəbəhazırlıq qrupuna 160 uşaq qeydiyyadan keçib. Qeyd edək ki, məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.
2021-2022-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına 2016-cı ildə anadan olmuş uşaqlar cəlb olunub.