Məktəbdə metodbirləşmə işinin təşkili
Həftə ərzində məktəbin Təlim-tərbiyə İşləri üzrə Direktor Müavini Şəfəq Balıyevanın və fənn metodbirləşmə üzvlərinin iştirakı ilə iclaslar keçirildi. İclaslarda tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətlərində görüləcək işlər, gənc müəllimələrlə iş, dərs dinləmə, fənn olimpiadalarının keçirilməsi ilə bağlı, sinifdənxaric və məktəbdənkənar işlər, istedadlı şagirdlərin üzə çıxarılması haqqında məsələlər müzakirə olundu. Eyni zamanda 2021-2022-ci tədris ilinin illik fəaliyyət planının hazırlanması barədə müzakirələr aparıldı.