Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi günüdür.
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi günüdür.
1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb.
BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulub. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir.
Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir, ölkənin gələcəyi onların əlindədir.Bu gün münasibətilə məktəbdə onlayn platforma üzərindən "Uşaqlar bizim gələcəyimizdir" adlı tədbir keçirildi.
Eyni zamanda ingilis dilində bu günə həsr edilmiş dərs təqdim edildi.