28 May – Respublika Günü tariximizin ən şanlı və parlaq səhifələrindəndir

Yüz üç il bundan əvvəl - 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. 

Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.

27.05.2021-ci il tarixdə 28 May Respublika gününə həsr edilmiş tədbir keçirildi. Onlayn olaraq təşkil edilən tədbirdə məktəbin müəllim-şagird heyəti, AMEA-nın tarixçi alim Kamran müəllim, 313 nömrəli tam orta məktəbin tarix müəllimi A.Şamilov iştirak etdi.

Tədbiri məktəbin direktoru Həcər Mahmudova  giriş sözü ilə açaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və əhəmiyyəti barədə iştirakçılara məlumat verdi. Sonra şagirdlər tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti barədə məlumatları əks etdirən film-slayd, araşdırma nəticələri nümayiş etdirildi. Musiqi, şeir kompozisiyaları təqdim edildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi