“Sən elə bir zirvəsən” mahnı müsabiqəsi yekunlaşıb

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı onlayn respublika mahnı müsabiqəsinə yekun vurulub. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə baş tutub.

    Məktəbin V sinif şagirdi Ziyalı Fərid Vüsad oğlu Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı onlayn respublika mahnı müsabiqəsində uğurla iştirak edərək qalib adına layiq görülmüş və Təhsil Nazirliyi Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin diplomu ilə təltif olunmuşdur.

Müsabiqə ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında 2 yaş qrupunda (7-14, 15-20) xalq (muğam, təsnif) və bəstəkar mahnıları nominasiyaları üzrə 2 mərhələdə keçirilib.

     Qeyd edək ki, müsabiqənin məqsədi böyüməkdə olan gənc nəsli Heydər Əliyev ideyaları ruhunda, onun zəngin irsi işığında tərbiyə etmək, ölkəmizin dövlət quruculuğu prosesində ümummilli liderin rolunu və xidmətlərini təbliğ etmək, uşaqları vətənpərvər ruhda yetişdirmək, istedadlı uşaq və gənclərin yaradıcılıq potensialını üzə çıxarmaqdan ibarət olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi