Əbədi və ölməz Heydər Əliyev dühası

Bakı şəhəri Akif Abdullayev adına 211 nömrəli tam orta məktəbdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci  ildönümünə həsr edilən tədbir keçirilib.

Onlayn formada təşkil edilən tədbirdə məktəbin direktoru, Həcər Mahmudova, görkəmli teatr xadimi Nurəddin Mehdixanlı, Azərbaycan Respublikası xalq artisti, vokalist Gülyanaq Məmmədova, məktəbin müəllim-şagird heyəti iştirak etdi.

 

Məktəbin direktoru, Həcər Mahmudova Ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan, zəngin fəaliyyətindən, eyni zamanda Azərbaycan dövlətinin dünya miqyasında tanınması və inkişafı istiqamətində təhsil sahəsində göstərdiyi misilsiz xidmətlərindən danışdı. Bildirib ki, Ümummilli lider üçün ən ümdə məsələlərdən biri əzəli Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi idi və bu missiya Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən layiqincə yerinə yetirildi, 44 günlük müharibədə Azərbaycan Ordusu düşmən üzərində zəfər çaldı. 

 

Görkəmli teatr xadimi Nurəddin Mehdixanlı bugünkü Azərbaycanın inkişafının təməl prinsiplərinin Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söylədi. ”İstər müstəqillik dövründə, istərsə də Sovet hakimiyyəti illərində Ulu öndərin uzaqgörən siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan dünyada inkişaf etmiş, təhlükəsiz və abad dövlət kimi tanınır, dəstəklənir”.

 

Nurəddin Mehdixanlı bütün sahələrdə, o cümlədən hərbi sahədə ixtisaslı kadrların da kifayət qədər olmasını məhz Ulu öndərin kadr siyasətinin nəticəsi kimi  qeyd edib. O,  Xalq-Ordu-Ali Baş Komandan birliyinin və ordumuzun tarixi qələbəsinin ölkəmizi bir daha dünyaya tanıtdığını bildirib.

 

Azərbaycan Respublikası xalq artisti, vokalist Gülyanaq Məmmədova ümummilli lider haqqında xoş xatirələri danışaraq, Ulu öndər Heydər Əliyevin bütün sahələrdə olduğu kimi, incəsənət və mədəniyyət sahəsindəki xidmətlərindən söz açıb. Bildirib ki, milli adət-ənənələrimizin, dövlətçiliyimizin, həmçinin tariximizin qorunmasında və bügünkü müasir Azərbaycan nəslinə  çatdırılmasında Ümummilli liderin xidmətləri əvəzsizdir:”Ona görə də nə qədər ki Azərbaycan xalqı var, yaşayır, Ulu öndərin ruhu da qəlblərdə hər zaman yaşayacaq, adı hörmətlə yad olunacaq”. Sonra ulu öndərin sevdiyi “Alagöz” musiqisini səsləndirdi.

Tədbirdə Ümummilli liderin şərəfli ömür yolunu əks etdirən videoçarx nümayiş etdirildi,  şagirdlər tərəfindən hazırlanmış şeir və musiqi kompozisiyaları səsləndirildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi