28 May – Cümhuriyyət günü ilə bağlı məktəbdə tədbir keçirildi.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. 28 May –Cümhuriyyət günü ilə bağlı məktəbimizdə hər il təntənə ilə tədbir keçirilir.27 may tarixində 2a,2b siniflərinin iştirakı ilə məktəbin akt zalında tədbir keçirilirdi. Keçirilən tədbirdə Cümhiriyyət dövrünə nəzər saldı, onun tarixindəki yeri və rolu haqqında məktəbin direktoru V. Babayev, sinif müəllimləri T. Əhmədova, X. Hüseynova şagirdlər qarşısında çıxış etdilər. Biz bu gün də Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlələrinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli , təcrübəsindən bəhrələnməliyik.Dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitərlə qorumaq və möhkəmləndirmək hər birimizin borcumuzdur.