"İmtahan qabağı stress və onun idarə olunması" adlı təlim keçirildi.
"Məktəblinin dostu" layihəsi çərçivəsində layihənin tətbiq olunduğu Bakı məktəblərində, layihənin psixoloqları və Psixologiya Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri ilə birgə buraxılış sinif şagirdlərinə "İmtahan qabağı stress və onun idarə olunması" adlı təlimlərin təşkili həyata keçirilir.
Təlimdə şagirdlərə stress, stresin bioloji və psixoloji təsirləri eləcə də stresi idarə etmə yolları haqqında məlumat veriləcək. Əlavə olaraq stress yaradan vəziyyətlərdə xüsusən də imtahanlarda stress ilə mübarizə aparmanın və stresin idarə olunması yollarından danışılacaq.
30.04.2021-ci il tarixində 211 nömrəli tam orta məktəbin buraxılış sinif şagirdlərinə “Microsoft Teams” tətbiqi üzərindən "İmtahan qabağı stress və onun idarə olunması" adlı təlim keçirildi.