Aprel döyüşləri - böyük zəfərin başlanğıcı
2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixləşdi.
Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi.
09.04.2021-ci il tarixdə məktəbin GHH rəhbəri, Qarabağ qazisi İlham Babayevin rəhbərliyi ilə onlayn olaraq Aprel döyülərinin 5-ci ildömünə həsr edilmiş tədbir keçirildi. Tədbirdə məktəbin müəllim-şagird heyəti, Qarabağ qaziləri və valideynlər iştirak etdi. İlk öncə dövlət himni səsləndirildi, sonra şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Sonra şagirdlər tərəfindən Aprel döyüşləri və bu döyüşlərdə həlak olmuş şəhidlərin xatirəsinə həsr edilmiş videorolik təqdim edildi. Sonra qazilərimizə söz verildi, onlar keçdikləri şərəfli döyüş yolları barədə şagirdlərə xatirələrini söylədilər. Şagirdlər şeirlər səsləndirdilər, Şanlı ordumuzun qazandığı zəfər mövzüsunda şagirdlərin çəkdikləri rəsmlərdən ibarət videoçarx nümayiş etdirildi.