"Stressin idarə olunması" mövzusunda onlayn seminar keçirildi

Psixososial rifah hər bir insanın potensialını reallaşdırması, sağlam və məhsuldar həyat sürməsi üçün zəruri şərtdir. Pandemiya nəticəsində sosial təcrid olunmanın, ənənəvi həyat tərzindən uzaq qalma və məktəblərin əsasən məsafədən fəaliyyət göstərməsinin uşaqların və ailələrinin psixososial rifahına mənfi təsiri danılmazdır. Uzun fasilədən sonra məktəbə qayıdan uşaqların bir sıra psixoloji problemlərlə (stress, gərginlik, adaptasiya və ünsiyyət problemləri, davranış pozuntuları və s.) üzləşə biləcəyi gözlənilir. Bu problemlərin uşaqların öyrənməsinə, davranışlarına və məktəb mühitinin ümumi atmosferinə təsir etmə ehtimalı böyükdür. Buna görə də, dərs prosesində (istər üz-üzə, istərsə də distant təhsil zamanı) şagirdlərə psixososial dəstək məqsədilə 08.04.2021-ci il tarixdə "Stressin idarə olunması" mövzusunda onlayn seminar keçirildi. Seminar məktəbin psixoloqu Nuriyyə Məmmədova tərəfindən aparıldı. Burada 9-cu sinifdə oxuyan şagirdlər və o siniflərdə dərs deyən müəllimlər iştirak etdi. Məktəbin psixoloqu Nuriyyə Məmmədova seminar iştirakçılarına Stressin idarə olunması" mövzusunda məlumat verərək stressdən azad olmağın üsullarını izah etdi. Sonra şagirdləri maraqlandıran sualları cavablandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi