Zəfərə gedən yolun başlanğıcı
Aprel döyülərinin ildönümünə həsr edilmiş "Zəfərə gedən yolun başlanğıcı" adlı tədbir onlayn keçirildi.
Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan (Madaqiz) kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur.
2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixləşdi.
Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi. Vətən müharibəsi Aprel döyüşlərinin nöqtəsi oldu.
Tədbir ilk öncə Azərbaycan Respublikasının dövlət himni ilə başladı, məktəbin direktoru Həcər Mahmudova şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini söylədi, sonra zəfərə gedən yolun başlanğıcı barədə danışdı. Şagirdlərin təqdimatında Aprel döyüşləri barədə geniş məlumatlar, videoçarx, şeirlər təqdim edildi.