Soyqırım qurbanlarının xatirəsi yad edildi

Soyqırım qurbanlarının xatirəsi yad edildi

1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzür, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütyundan olan erməni silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı kütləvi qırğınlar  törədilmişdir. Bu soyqırım nəticəsində  12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.

Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

31.03.2021-ci il tarixdə məktəbin tarix müəllimi Gülgəz Süleymanovanın təşkilatçılığı ilə məktəbin şagird, müəllim və valideyn heyətinin iştirakı ilə 31 Mart Soyqırım qurbanlarının xatirəsi yad edildi. Onlayn formada təşkil edilən tədbirdə G.Süleymanova azərbaycanlılara qarşı kütləvi qırğınlar törədən erməni vandalizmi barədə məlumat verdi, şagirdlərin təqdimatında soyqırım faktlarını əks etdirən videoçarx nümayiş etdirildi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi