IX-XI sinif şagirdlərinin valideynləri üçün psixoloji vebinar təşkil edildi
Dünyada intihar hadisələrinin sayının artması və intihar yaşının cavanlaşması müşahidə olunur. Bu halların baş verməsinin qarşısının alınması məqsədilə məktəbin psixoloqu iştirakı ilə məktəbdə şagird və valideynlərlə maarifləndirici söhbətlər aparılır.
19.03.2021-ci il tarixdə məktəbdə IX-XI siniflərdə təhsil alan şagirdlərin valideynləri üçün psixoloji vebinar keçirildi. Onlayn təşkil edilən vebinar "İntiharın profilaktikası" mövzusuna həsr edilmişdi. Vebinarda məktəb rəhbərliyi, məktəbin psixoloqu Nuriyyə Məmmədova, sinif rəhbərləri və xeyli sayda valideyn iştirak etdi. İlk öncə psixoloq onlar üçün "İntiharın profilaktikası" barədə maarifləndirici təqdimat ilə çıxış edərək onlara yeniyetmə övladları ilə ünsiyyət zamanı həssaslıqla və diqqətlə yanaşmalarını tövsiyə etdi və sonda günümüzün problemi olan intiharla bağlı valideynlərin suallarını cavablandırdı. Vebinar zamanı valideynlərə övladlarının mənəvi güclülüyü və psixoloji dayanıqlılığı istiqamətində bundan sonra da müvafiq tədbir və görüşlərin təşkil ediləcəyini bildirildi, səmimi və sıx məktəb-valideyn əlaqələrinin şagirdlərin təlim-tərbiyəsində müsbət rol oynadığını onların nəzərinə çatdırıldı.