Valideynlər üçün psixoloji vebinar keçirildi

18.03.2021-ci il tarixdə məktəbdə V-VIII siniflərdə təhsil alan şagirdlərin valideynləri üçün psixoloji vebinar keçirildi.  Onlayn təşkil edilən vebinar "İntiharın profilaktikası" mövzusuna həsr edilmişdi. Vebinarda məktəb rəhbərliyi, məktəbin psixoloqu Nuriyyə Məmmədova, sinif rəhbərləri və xeyli sayda valideyn iştirak etdi. İlk öncə psixoloq onlar üçün "İntiharın profilaktikası" barədə maarifləndirici təqdimat ilə çıxış edərək  onlara yeniyetmə övladları ilə ünsiyyət zamanı həssaslıqla və diqqətlə yanaşmalarını tövsiyə etdi və sonda günümüzün problemi olan intiharla bağlı valideynlərin  suallarını cavablandırdı. Vebinar zamanı məktəbin direktoru H.Mahmudova övladlarımızın mənəvi güclülüyü və psixoloji dayanıqlılığı istiqamətində bundan sonra da müvafiq tədbir və görüşlərin təşkil ediləcəyini bildirdi, səmimi və sıx məktəb-valideyn əlaqələrinin şagirdlərin təlim-tərbiyəsində müsbət rol oynadığını vurğuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi