Torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycanın ən böyük tarixi nailiyyətidir!
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu əldə etdiyi tarixi qələbəsi ilə şanlı tariximizin ən şərəfli səhifəsini yazdı. Otuz il müddətində işğal altında olan torpaqlarımız azad edildi.Prezident İlham Əliyevin siyasi iradəsi ilə 17 il ərzində bütün çıxışlarında beynəlxalq müstəvidə keçirilən bütün tədbirlərdə bu məsələni dilə gətirirdi, mövcud münaqişəni diqqət mərkəzinə çəkdi. Görülən tədbirlər sayəsində ilk növbədə daxili sabitlik təmin edildi, xalq-iqtidar birliyinə nail olundu. Daha sonra ölkənin iqtisadi inkişafı təmin edildi. Əlbəttə ki, güclü ordunun yaradılması güclü iqtisadiyyat tələb edir. Eyni zamanda həyata keçirilən düzgün xarici siyasət hesabına beynəlxalq vəziyyət bizim xeyrimizə çevrildi. 2005-ci ilə qədər Azərbaycan üçün əsas hüquqi bazanın yalnız BMT Təhlükəsizlik Şurasının qətnamələri olduğu halda, 2005-ci ildə Avropa Şurası Parlament Assambleyası uzun müzakirələrdən sonra ölkəmizi qane edən qətnamə qəbul etdi. Ardınca BMT Baş Assambleyası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digərləri buna oxşar qərar və qətnamələr qəbul etdilər. Bütün bunlarla yanaşı isə münaqişənin həlli üçün ən mühüm olan sahədə, ordu quruculuğunda möhtəşəm hazırlıq işləri həyata keçirildi. Sonda bütün bu hazırlıqlar sayəsində bizim qürur mənbəyimiz, Vətən müharibəsində tarixi Qələbəmiz əldə olundu.
Məktəbin pedaqoji heyəti də hər zaman şagirdlərin təlim-tərbiyəsi istiqamətində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu əldə etdiyi tarixi qələbəsi barədə müxtəlif görüşlər, tədbirlər həyata keçirir. Bunlara nümunə olaraq məktəbin məzunları olmuş şəhidlərin ailələri, eləcə də qazilər ilə görüşləri qeyd etmək olar. Bu gün təşkil edilən onlayn görüşdə 44 günlük Zəfər mübarizəsində şərəflə döyüşən məktəbin məzunu Məmmədzadə Orxan Hidayət oğlu və onun atası, I və II Qarabağ savaşının iştirakçısı Məmmədov Hidayət Əbdülhüseyn oğlu ilə məktəbin şagird, müəllim və valideyn heyəti iştirak etdi.