Buraxılış imtahanlarına hazırlığın vəziyyəti müzakirə edildi
9-cu siniflərdə təhsil alan şagirdlərin ümumi təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına hazırlığın vəziyyəti barədə 05.03.2021-ci il tarixdə məktəbin inzibati heyəti ilə 9-cu sinifdə təlim dili, riyaziyyat və ingilis dili fənni üzrə dərs deyən fənn müəllimləri və onların sinif rəhbərləri ilə birlikdə onlayn görüş təşkil edildi. Görüşdə şagirdlər üçün təyin edilmiş onlayn məşğələlərin təşkili vəziyyəti, şagirdlər arasında aparılmış onlayn sınaq və əyani diaqnostik qiymətləndirmələrin təhlili müzakirə edildir, yol verilən nğqsanlar diqqətə çatdırıldı, növbəti mərhələdə icra etmək üçün müəllimlərə müvafiq tövsiyyələr verildi.