"Onlayn dərs" müsabiqəsinin məktəb mərhələsinə təqdim edilən dərslər dinlənilir
Ümumi təhsil müəssisələrinin müəllimləri üçün “Onlayn dərs” müsabiqəsinə start verilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əmrinə əsasən təşkil olunan müsabiqə BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin onlayn dərslərdəki nəzəri və təcrübi biliklərini digər müəllimlər arasında yaymaq, qabaqcıl təcrübəni öyrənmək, fənlər üzrə ən yaxşı onlayn dərs modellərini müəyyənləşdirməkdən ibarətdir.
İki mərhələrdən (məktəbdaxili və şəhər) ibarət müsabiqə ibtidai və yuxarı siniflər kateqoriyası üzrə təşkil olunacaq. Hər müəllim yalnız bir onlayn dərs modeli ilə müsabiqədə iştirak edə bilər.
Bu məqsədlə 211 nömrəli tam orta məktəbin müəllimləri müsabiqənin məktəb mərhələsinin təşkili üzün müvafiq komissiyya yaradılmış, müəllimlər də onlayn dərs modellərini təqdim etməyə başlamışdır. İndiyədək fizika fənni üzrə 1, ingilis dili fənni üzrə 2 dərs dinlənilmişdir. Bundan sonra da müsabiqənin məktəb mərhələsinə təqdim ediləcək dərslər dinlənilməsinə davam edilək. Müsabiqənin məktəbdaxili mərhələsində məktəb üzrə komissiya rəyi əsasında 3 ən yaxşı onlayn dərs modeli seçilərək növbəti mərhələyə təqdim ediləcək. Müəllimlərimizə uğurlar arzu edirik.