Birinci yarımilin yekunları və qarşıda duran məsələlər müzakirə edildi
Məktəb heyəti ilə onlayn formada təşkil edilən növbəti Pedaqoji şura iclasında birinci yarımilin yekunları və növbəti yarımildə qarşıda duran məsələlər müzakirə edildi.
İclasın gündəliyində duran məsələlər: I yarımilin yekunları və II yarımildə qarşıda duran məsələlər, I yarımil üzrə aparılan məktəbdaxili qiymətləndirmənin nəticələri və proqram materiallarının yerinə yetirilməsi vəziyyəti, IX siniflərdə 09.02.2021-ci il tarixdə BŞTİ tərəfindən ana dili, riyaziyyat və ingilis dili fənləri üzrə keçirilmiş monitorinqin nəticələri, bütün siniflər üzrə ikinci yarımilin əvvəlində ana dili, riyaziyyat və ingilis dili fənləri üzrə keçirilmiş diaqnostik qiymətləndirmənin nəticələri, I yarımildə şagirdlərlə aparılan tərbiyəvi işin təşkili barədə hesabat, eləcə də Covid-19 infeksiyası əleyhinə aparılan vaksinasiya barədə maarifləndirici məlumat təqdim edildi.