1 Mart - "Ümumdünya Mülki Müdafiə Günü"dür
1 Mart - Ümumdünya Mülki Müdafiə Günüdür. Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunmuş bu gün pandemiya səbəbində hər il kütləvi humanitar tədbir kimi qeyd edilməsə də, sərt karantin rejimi tələbləri gözlənilməklə GHH rəhbəri İlham Babayevin təşkilatçılığı ilə əyani, eyni zamanda distant formada olmaqla maarifləndirici tədbir keçirildi. Maarifləndirici tədbirdə Beynəlxalq Mülki Müdafiə təşkilatının yaranması və mülkü müdafiənin məqsədindən danışaraq bildirildi ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatı Baş məclisin qərarı ilə 1972-ci ildən etibarən hər il martın 1-i bu təşkilata üzv olan ölkələrdə “Ümumdünya Mülki Müdafiə Günü” kimi qeyd edilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilata 1993-cü ildə daxil olmuşdur. Hazırda Beynəlxalq Mülki Müdafiə Təşkilatına dünyanın 50-dən artıq ölkəsi daxildir. Mülki müdafiə mövzusunda beynəlxalq seminarlar, toplantılar keçirilir, mülki müdafiənin qüvvə və texnikalarının sərgisi təşkil olunur. Əsas məqsəd fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsi, fərdi mühafizə vasitələrindən istifadə etmək, bir sözlə, qaydaları nəzəri və əməli cəhətdən öyrətməkdir. Distant formada keçirilən tədbir zamanı ilk öncə FHN fəaliyyətini əks etdirən film-çarx nümayiş etdirildi, sonra məktəbin direktoru H.Mahmudova və məktəbin GHH rəhbəri İ.Babayev insan həyatı və təbiət üçün mənfi təsir edə biləcək fəlakətlər və onlardan xilas olunmaq üçün ilkin zəruri biliklər barədə məkt
bin pedaqoji və şagird heyətinə məlumat verdilər.