"Stressin idarə olunması" mövzusunda vebinar
Məktəbin psixoloqu Məmmədova Nuriyyə tərəfindən Virtual məktəb platformasında məktəb kollektivi üçün "Stressin idarə olunmasi" mövzusunda vebinar keçirildi. Vebinar zamanı "Həyat çarxı" çalışması vasitəsilə daxili harmoniyanı yenidən necə yaratmaq lazımdı izah edildi. Eyni zamanda stressdən necə azad olmağın yolları barədə məlumat verildi. Sonra vebinar iştirakçıları arasında meditasiya və fikir mübadiləsi aparıldı.